“Zirə” yeni futbolçu ilə anlaşıb.

Rekord.az xəbər verir ki, sözügedən klub Ruan Renatonu heyətinə qatıb.

29 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, braziliyalı futbolçu daha əvvəl ölkəsinin “Santa Rita”, “Quaraçinqeta”, “Yuventude”, “Vitoriya”, “Fiqeyrense”, “Botafoqo”, “Ponte Preta”, Avstriyanın “Austria Vyana”, həmçinin ölkəmizdə “Qəbələ”nin şərəfini qoruyub.