"Zirə" Sumqayıtda bilet satmayacaq
- 12:00
- 64
Məlum olduğu kimi "Zirə" Konfrans Liqasının təsnifat mərhələsində Gürcüstan "Dinamo"nu Sumqayıtda qəbul edəcək.
Rekord.az xəbər verir ki, oyunun biletləri artıq dünəndən satışa çıxarılıb.
Lakin maraqlıdır ki, oyunun Sumqayıtda keçiriləcəyinə baxmayaraq, bu şəhərdə bilet satışı olmayacaq. Səbinə gəlincə, əldə etdiyimiz məlumata görə, buna səbəb matçın 1350 nəfərlik "Socar Polimer Arena"ya təyin olunmasıdır. Belə ki, oyuna Zirədən və ətraf kəndlərdən kifdayət qədər azarkeş gələcək və biletlərin böyük hissəsi onlara satılıb. Yerdə qalan az hissə isə fəxri qonaqlar üçün ayrılıb. Media sektroru da çıxsaq, demək olar ki, stadionda boş yer qalmır. Buna görə də Sumqayıt publikası üçün satışa çıxarılmağa bilet qalmayıb.