“Zirə” yeni futbolçu ilə anlaşıb.

Rekord.az xəbər verir ki, paytaxt klubu Yovan Krneta ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 27 yaşlı serbiyalı müdafiəçi 2015-18-ci illər aralığında "Zirə"nin şərəfini qoruyub. O, həmçinin, ölkəsinin "Teleoptik", "Srvena Zvezda", "Sopot", "Radinçki", Ukraynanın "Çernomorets və Yunanıstanın "Levandiakos" klublarının şərəfini qoruyub.