Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, ilk günün sonuncu oyunu iki elita təmsilçisi – “Zirə” və “Neftçi” arasında keçirilib.

Qarşılaşma “Zirə”nin qələbəsiylə yekunlaşıb.

Mərhələnin qalan oyunları 3-4 dekabrda baş tutacaq. Daha öncə “Turan Tovuz” “Şahdağ Qusar”ı 2:1 hesabıyla məğlub edərək 1/4 finala yüksəlib.

Azərbaycan Kuboku
1/8 final

2 dekabr

“Zirə” – “Neftçi” 1:0
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 20. İssa Cibrilla, 93. Brahim Konate, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 30. Rikardo Martins,5. Ange Mutsinzi, 11. Junior Martins, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 45. Vensan Abubakar, 6. Sessi D Almeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambo, 27. Kristian Kostin, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 10. Freddi Varqas, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Məşqçi: Sənan Qurbanov.