“Zirə” “Karvan-Yevlax”a səfərdə qalib gəldi
- 17:00
- 29
Misli Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, ikinci oyun günündə əvvəlcə “Karvan-Yevlax” “Zirə”ni qəbul edib. Bu görüşün baş hakimi Rəşad Əhmədov olub. Qonaqlar səfərdən çətin qələbə ilə qayıdıblar.
Lider “Sabah” isə “Sumqayıt”la qarşılacaq. Oyunu Rəvan Həmzəzadə idarə edəcək.
Turun açılış oyununda “Şamaxı” “Araz-Naxçıvan”a uduzub – 0:1. “Kəpəz” – “Qarabağ” və “Neftçi” – “İmişli” oyunları sabah, “Turan Tovuz” – “Qəbələ” görüşü martın 21-də keçiriləcək.
Misli Premyer Liqası
25-ci tur
19 mart
“Karvan-Yevlax” – “Zirə” 0:1
Qol: Anatoli Nuriyev, 80.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
Yevlax şəhər stadionu, 15:00.
Karvan-Yevlax: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kinqs, 21. İmani Barker, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli.
Baş məşqçi: Füzuli Məmmədov.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 19. Rüfət Abdullazadə, 4. Ruan Renatov, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 28. Leroy Mikels, 20. İssa Cibrilla, 93. Brahim Konate, 11. Junior Martins, 17. Ayron Qomis.
Baş məşqçi: Rəşad Sadıqov.