
“Zirə” hücumçusu ilə vidalaşdı
- 02 İyn 2023 12:00
- 349
“Zirə” belçikalı futbolçusu Loris Broqno ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə 31 yaşlı hücumçu “İnstagram” səhifəsi vasitəsilə paylaşım edib.
O, başa çatan müqaviləsinin yenilənməyəcəyini bildirib: “Azərbaycanda keçirdiyim iki ilə görə “Zirə” klubuna təşəkkür edirəm. İndi yeni macəra vaxtıdır”.
Xatırladaq ki, Broqno “Zirə”yə 2021-ci ilin yayında Belçikanın “Beerşot” klubundan keçmişdi.