"Zirə"nin futbolçusu Coşqun Diniyevin cəzası bu turda da davam edəcək.

Rekord.az xəbər verir ki, "Kəpəz"lə 18-ci tur matçında qırmızı vərəqə alan Diniyev iki oyunu məcburi buraxmalı idi.

19-cu turda "Sumqayıt"la oyunu buraxan Coşqun, 20-ci turda "Neftçi"yə qarşı da oynaya bilməyəcək.

Qeyd edək ki, "Neftçi" - "Zirə" matçı fevralın 1-i, saat 17:30-da "Bakcell Arena"da oynanılacaq.