Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə "5 Mart-Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə keçirilən “İdman həftəsi” çərçivəsində 2-3 mart 2023-cü il tarixlərdə Zərdab Rayon Gənclər və İdman idarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Zərdab rayon komitəsinin birgə təşkilatçılığı ilə şahmat idman növü üzrə rayon çempionatı keçirilib.

Rekord.az xəbər verir ki, çempionatda I yeri Rauf Məlikov, II yeri Aygül Muradzadə, III yeri Rauf Rəhimov, IV yeri Əvəz Soltanov tutub.

Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.