Keçən il Zərdab stadionunun bərbad durumu haqda məlumat vermişdik.

Rekord.az-a açıqlama verən rayonun futbolsevərləri ümid etdiklərini bildirmişdilər ki, heç olmasa 2023-cü ildə stadionlarının təmiri ilə bağlı xoş xəbər alacaqlar.

Bu yaxınlarda məsələ ilə bağlı yenidən maraqlandıq. Məlum oldu ki, 2023-cü ilin ikinci ayına qədəm qoymağımıza baxmayaraq hələ də Zərdabn stadionundan xoş xəbər yoxdur. Aidiyatı qurumlardan tərpəniş yoxdur.

Qeyd edək ki, təmir olunması üçün stadion rayonun bu il üçün inkişaf proqramına daxil edilməlidir.