Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Zərdab rayon Gənclər və İdman idarəsi tərəfindən 25 aprel-10 may 2023-cü il tarixlərdə idarə, müəssisə, təşkilat, icra nümayəndəlikləri və bələdiyyələr arasında mini futbol üzrə rayon çempionatı keçiriləcəkdir.

Rekord.az xəbər verir ki, çempionatda komandanızın iştirakı ilə bağlı sifarişinizi hər bir idmançının adı qarşısında sağlamlıq müayinəsindən keçməsini təsdiqləyən həkim imzası və möhürü olmaqla 20 aprel 2023-cü il tarixədək Zərdab rayon Gənclər və İdman idarəsinə təqdim edə bilərsiniz.

Çempionatda 18 yaşdan yuxarı və Zərdab rayon qeydiyyatında olan idmançılar iştirak edə bilərlər.