"Zenit"in sabiq hücumçusu Sergey Dmitriyev 58 yaşında vəfat edib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mərhum futbolçu "Zenit"in heyətində SSRİ çempionatının qızıl medalını və kubokunu qazanıb. O, 1988-ci il Avropa çempionatının gümüş mükafatçısı idi.