Konfrans Liqasında Liqa mərhələsinin 2-ci turunun oyunları keçirilib.


Rekord.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edib.


Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Orhus”la qarşılaşıb və heç-heçə ilə kifayətlənib. Zamiq bu oyunda ehtiyatda qalıb.


Digər azərbaycanlı futbolçu Murad Məmmədovun komandası “Pafos” isə evdə “Riqa” ilə “sülh bağlayıb”. Murad bu görüşün iştirakçısı olmayıb.


“Trabzonspor” isə “Harts”la ev oyununda inamlı qələbəyə sevinib.


Konfrans Liqası

Liqa mərhələsi, 2-ci tur

22 oktyabr


Kayrat (Qazaxıstan) – Panatinaikos (Yunanıstan) 1:5

Srvena Zvezda (Serbiya) – Kopenhagen (Danimarka) 2:2

Xetafe (İspaniya) – Luqano (İsveçrə) 2:5

İberiya (Gürcüstan) – Maylbü (İsveç) 1:1

İnter Eskaldes (Andorra) – Universitatya (Krayova, Rumıniya) 1:3

Yablonets (Çexiya) – Brayton (İngiltərə) 0:0

Kauno Jalgiris (Litva) – Brann (Norveç) 1:4

Nordsyelland (Danimarka) – ÇSKA (Sofiya, Bolqarıstan) 2:2

Pafos (Kipr) – Riqa (Latviya) 1:1

Trabzonspor (Türkiyə) – Harts (Şotlandiya) 2:0

Orhus (Danimarka) – Eqnatiya (Albaniya) 1:1

Ayaks (Niderland) – Atalanta (İtaliya) 2:0

Borats (Bosniya və Herseqovina) – KuPS (Finlandiya) 2:0

Braqa (Portuqaliya) – Gent (Belçika) 2:0

Linkoln (Cəbəllüttariq) – Tvente (Niderland) 1:4

Midtyulland (Danimarka) – Sent-Trüden (Belçika) 0:1

Monako (Fransa) – Frayburq (Almaniya) 3:0

Tun (İsveçrə) – Hayduk (Split, Xorvatiya) 0:1