Yarışda şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynayan “Şahmat” fənninin tədris olunduğu pilot ümumtəhsil məktəblərin komandaları iştirak ediblər.

Rekord.az xəbər verir ki, Ağstafa rayon Təhsil sektorunun və Qazax-Tovuz Regional Gənclər və idman idarəsinin Ağstafa rayonu üzrə Gənclər və idman Sektorunun birgə təşkilatçılığı ilə Uşaq Gənclər-İdman Şahmat Məktəbində təşkil olunan yarışın yekun nəticiələrinə əsasən Ə.Hüseynov adına Ağstafa şəhər 1 sayı tam orta məktəbin komandası 1-ci yerə, A.Abdullayev adına 2 saylı tam orta məktəbin komandası 2-ci yerə, Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbin komandası isə 3-cü yerə layiq görülüb.

Yüksək yerləri tutan komandalar müvafiq diplomlarla təltif olunublar.