Bir müddət bundan qabaq AFFA rəhbərliyi və milli komanda haqqında sərt tənqidi fikirlər səsləndirən Zaur Ramazanov, eyni zamanda qardaşı Ağabala Ramazanovun milliyə dəvət almamasını da məqsədli şəkildə ediliyini demişdi. Hətta konkret Riad Rəfiyevin adını da çəkmişdi.

Rekord.az-a daxil olan məlumata görə, məhz bu açıqlamalardan sonra AFFA tərəfindən Zaura qarşı ciddi təzyiqlər başlayıb.

Onu işsizliklə də hədələyiblər. Məhz bundan sonra böyük Ramazanov susmağa qərar verib. Əksinə, yerli radiolardan birinə qonaq olduğu zaman federasiya haqqında müsbət fikirlər də səsləndirib. Əldə etdiyimiz məlumata görə, susacağı halda ona Ağabalanın milliyə çağırılacağına dair zəmanət də verilib.