Zaur Ramazanov AFFA rəhbərliyi ilə nə vaxt görüşəcək?
- 06 İyn 2026 12:00
- 299
Bu yaxınlarda İstanbulda olan "Xəzər Lənkəran"ın sabiq futbolçusu Zaur Ramazanov klubun sahibi Mübariz Mənsimovla görüşüb.
Rekord.az-a açıqlama verən Ramazanov "Xəzər Lənkəran"ın mümkün dönüşü haqda danışaraq bunun real olduğunu bildirdi
Bunun üçün AFFA rəhbərliyi ilə görüşəcəyini də bildirib: "Mübariz müəllim bildirdi ki, "Xəzər Lənkəran"a baxmağa hazırdı. Qalır məsələni qaldırmaq. Düşünürəm ki, I Liqadan, heç olmasa II Liqadan oyn amağa icazə veriləcək. Bunun üçün AFFA rəhbərliyi ilə görüşəcəyik. Görüş yəqin ki, ayın 11-də, milli vətənə dönəndən sonra baş tutacaq".