Zaqatalada "üzməyi öyrənək" layihəsi
- 30 May 2026 20:00
- 185
Zaqatala rayonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkil etdiyi "Üzməyi öyrənək" layihəsinin final mərhələsi keçirilib.
Rekord.az xəbər verir ki, final mərhələsi 24 may 2026-cı il tarixində Zaqatala Olimpiya İdman Kompleksində keçirilmişdir.
Bir ay davam edən üzgüçülük məşğələlərində seçilmiş məktəbin 1-8-ci sinif şagirdləri iştirak etmişdir.
Layihənin qaliblərinə və iştirakçılarına Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Üzgüçülük Federasiyasının diplom və sertifikatları təqdim olunmuşdur.