Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayonu üzrə təhsil sektoru və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayonu üzrə gənclər və idman sektorunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon bölməsinin birgə təşkilatçılığı ilə sərhədyanı ümumtəhsil orta məktəblərinin X sinif oğlan şagirdləri arasında Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışda 9 məktəb iştirak etmişdir.

Yarışın nəticələrinə əsasən Zaqatala rayon Yuxarı Çardaxlar kənd tam orta məktəbin komandası 1-ci, Danaçı kənd 1nömrəli tam orta məktəbin komandası 2-ci, Mamrux kənd tam orta məktəbin komandası 3-cü yerə layiq görülmüşdür.

Qalib komanda növbəti mərhələyə yüksələrək region mərhələsinə vəsiqə qazanmışdır