
“Zaqatala” və MOİK-dən qələbə
- 02 Mar 2022 16:46
- 465
Futbol üzrə Azərbaycan birinci divizionunda 16-cı tura yekun vurulub.
Rekord.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
“Zaqatala” azlıqda qalmasına baxmayaraq, “Səbail-2” ilə oyunda 3 xala sevinib. MOİK isə doğma meydanda “Zirə”nin ikinci komandasını məğlub edib.
Birinci Divizion
16-cı tur
2 mart
Zaqatala – Səbail-2 3:2
Qol: Aleksandr Şemonayev, 2. Roini İsmayılov, 22. Xəlil Bəşirov, 75 – Rasim Hasanov, 49. Elməddin Qurbanlı, 57.
Qırmızı vərəqə: Vüsal Şabanov, 41 (Zaqatala)
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Teymur Teymurov, Əli Əliyev
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:30
MOİK – Zirə-2 2:0
Qol: Əli Əliyev, 20. Rafael Qavami, 31.
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Səbuhi Soltanov, Cavid Cəlilov
Binə qəsəbə stadionu, 14:30