Almaniya millisinin sabiq futbolçusu Mattias Zammer Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində Almaniya təmsilçisi “Leypsiq”in "Mançester Siti"yə 0:7 hesablı biabırçı məğlubiyyətini şərh edib.

Rekord.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan veteran futbolçu bunları deyib: "Mançester Siti" hazırda tam olaraq, dünya səviyyəli bir kluba çevirilib. Matçdan əvvəl də demişdim ki, nəhəng klublar üçün turnirin əsl real həyacanı indidən sonra başlayır. "Şəhərlilər" təkcə heyətlərindəki yüksək səviyyəli ulduzların ustalığı ilə seçilirlər, fiziki cəhətdən çx güclü olmaları ilə də diqqət çəkirlər. Bu komanda da yüksəl sürət və atletizim var"