Avstriya yığma komandasının üzvləri - kapitan Marsel Zabitser, Kristof Baumqartner və David Alaba AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh ediblər.

Rekord.az xəbər verir ki, onlar 4:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyiblər:

Marsel Zabitser: “Görüşün əvvəli istədiyimiz kimi alınmasa da, sonradan öz oyunumuzu tapdıq. Seçmə mərhələyə 4:1 hesablı qələbə ilə başlayırsınızsa, nəticədən razı qala bilərsiniz. Rahat qələbə qazandığımız üçün çox şadam. Amma rəqibin də güclü tərəfləri var. Fikrimcə, üzərimə düşən vəzifəni yerinə yetirə bildim.
nəticədən razı qaldığını bildirib”.

Kristof Baumqartner: “Həqiqətən çox gözəl qələbə oldu. Layiqli oyunla inamlı qalibiyyət əldə etdik. Amma hesab daha böyük ola bilərdi. Rəqib qol vurduğu üçün özümüzü qınamalıyıq. Estoniya ilə matçı da səbirsizliklə gözləyirik. Mart ayı üçün işin yarısı tamamlanıb. Amma bilirik ki, bazar ertəsi də ən azı eyni performansa ehtiyacımız var”.

David Alaba: “Bu matç bizə müsbət impuls verdi. Komanda yoldaşlarımı kənardan izləmək çox əyləncəli idi. Özümüzü meydanda məhz bu cür təsəvvür edirdik. Çalışdım ki, komandanı dəstəkləyim, onları ruhlandırım. Hesab 3:1 olduqdan sonra bunun bizi dəli etməsinə imkan vermədik, konsentrasiyanı itirmədik”.