Azərbaycanlı kikboksçu, “Axmat” klubunun üzvü Zabit Səmədovun növbəti döyüşünün vaxtı bilinib.

Rekord.az xəbər verir ki, o, bu haqda özünün İnstaqram səhifəsində məlumat verib.

Britaniyalı Ceyms Maksviniyə qarşı döyüş aprelin 11-də Heydər Əliyev adına İdman Kompleksində olacaq. Döyüş MixFight Chanpionship turniri çərçivəsində keçiriləcək.