İsveçrə milli komandasının və "Yuventus"un sabiq futbolçusu Stefan Lixtştayner məşqçiliyə başlayıb.

Rekord.az xəbər verir ki, keçmiş müdafiəçi “Bazel” klubunun gənclərdən ibarət komandasını çalışdıracaq.

Bu barədə İsveçrə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Lixtştayner karyerası ərzində İtaliyada “Yuventus”, “Latsio”, İngiltərədə “Arsenal”, Almaniyada “Auqsburq” kimi klublarda çıxış edib. Sabiq müdafiəçi İsveçrə yığmasında 108 matça çıxıb.