"Yuventus"un qapıçısı "Palermo"ya keçdi
- 16:00
- 37
İtaliyanın "Yuventus" klubunun qapıçısı Mattia Perin "Palermo"ya transfer olunub.
Rekord.az Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, italyalı qolkiper yeni klubu ilə rəsmi müqavilə imzalayıb.
M.Perin 2018-ci ilin yayından "Yuventus"da çıxış edib. Təcrübəli qapıçı Turin təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 71 rəsmi oyuna çıxıb.
Perin "Yuventus"un heyətində 4 titul qazanıb. O, komanda ilə 2 dəfə A Seriyasının, 1 dəfə İtaliya Kubokunun və 1 dəfə İtaliya Superkubokunun qalibi olub.