İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Ueston Makkenni üçün mövsüm başa çatıb.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri məlumat verib. 

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Vilyarreal”la ilk oyununda (1:1) 23 yaşlı futbolçunun sol ayağında ikinci və üçüncü sümükləri sınıb. Bu səbəbdən, o, mövsümün qalanını buraxacaq.

Makkenni bu mövsüm “Yuventus”la 28 oyuna çıxıb, 4 qol vurub.