
“Yuventus”un futbolçusu sıradan çıxdı
- 27 Fev 2022 15:31
- 530
“Yuventus”un futbolçusu Denis Zakaria zədələnib.
Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi A Seriyasının 27-ci turunun “Empoli” ilə matçında sıradan çıxıb. Denis oyunun 37-ci dəqiqəsində əvəzlənib.
Zakarianın azı 2 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
“Yuventus” “Empoli”yə 3:2 hesabı ilə qalib gəlib.