Manuel Lokatelli "Yuventus"dan getmək istəyir.

Rekord.az xəbər verir ki, bu haqda İtaliya mətbuatı məlumat yayıb.

Belə ki, maliyyə fırıldağına görə kluba tətbiq edilən sanksiyalardan sonra bəzi aparıcı futbolçular klubu tərk etmək istəyir ki, onlardan da biri Lokatellidir. Futbolçuya həm İtaliyadan, həm də İspaniyadan təkliflər olduğu deyilir.