“Yuventus”un hücumçusu Federiko Kyeza zədələnib.

Rekord.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

23 yaşlı futbolçu “Yuventus”un İtaliya superkubokunda “Napoli”ni məğlub etdiyi matç (2:0) zamanı zədələnib.

Kyezanın son durumu tibbi müayinədən sonra bilinəcək. Həkimlərin ilkin rəyinə görə, italyan futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Kyeza bu mövsüm “Yuventus”la 23 oyunda 6 qol vurub.