"Yuventus"da ciddi itki
- 14:00
- 18
"Yuventus" klubunun yarımmüdafiəçisi Kənan Yıldız İtaliya A Seriyasının I turunda, "Frozinone" ilə matçda (1:0) ciddi zədələnib.
Rekord.az xəbər verir ki, 21 yaşlı türkiyəli futbolçunun sol ayaq pəncəsində sınıq aşkarlanıb.
Müayinə nəticəsində yarımmüdafiəçinin əməliyyat olunacağı müəyyənləşib. Onun bərpa prosesinin təxminən 3 ay çəkəcəyi gözlənilir. O, qarşılaşmanın 69-cu dəqiqəsində Jeremi Boqa ilə əvəzlənib.
Qeyd edək ki, Kənan Yıldız 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 47 matçda 11 qol vurub və 10 məhsuldar ötürmə müəllifi olub. Onun Turin təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu il iyunun sonunadək nəzərdə tutulub.