"Yuventus" futbolçu Leandro Paredeslə yolları ayırıb.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə başa çatan icarə müqaviləsi yenilənməyib. 

Qeyd edək ki, L.Paredes ötən mövsüm Turin təmsilçisinin heyətində 35 matçda 1 qol vurub və 1 qolun ötürməsini verib.

Xatırladaq ki, oyunçu müqavilə ilə PSJ-yə məxsusdur.