
"Yuventus" və "Barselona" onu istəyir
- 27 Noy 2021 15:20
- 534
Münhenqladbax “Borussiya”sının futbolçusu Denis Zakariya Avropanın nəhəng klublarının maraq dairəsindədir.
Rekord.az xəbər verir ki, isveçrəli yarımmüdafiəçi ilə “Mançester Yunayted”, “Yuventus”, “Barselona” və “Roma” ciddi maraqlanır.
Məlumata görə, futbolçu da “Borussiya”nı tərk etmək niyyətindədir. O, klubun təklif etdiyi yeni müqaviləni imzalamaqdan imtina edib.
Yarımmüdafiəçi alman klubuna 2017-ci ildə “Yanq Boyz”dan keçib. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatır.