"Yuventus" Pol Poqba ilə müqaviləyə xitam verə bilər.

Rekord.az xəbər verir ki, buna səbəb futbolçunun uzun müddətdir xroniki zədədən əziyyət çəkməsi, cari mövsüm faktiki olaraq, komandaya kömək edə bilməməsidir.

Hətta azarkeşlər də indiki halda fransalının komanda üçün faydasız futbolçu olduğunu düşünürər. Eyni zamanda onlar Poqbanın zədəsinə qarşı məsuliyyətsiz yanaşdığı qənaətindədir.