"Yuventus" futbolçusu Ueston Makkeni "Lids"ə icarəyə verib.

Rekord.az xəbər verir ki, amerikalı futbolçu ən azı mövsümün sonuna kimi İngiltərə klubunun heyətində oynayacaq.

Yayda isə futbolçunun birdəfəlik satılması mümkündür.

Qeyd edək ki, Makkeni cari mövsüm A Seriyada 15 oyunda meydançaya çıxıb və 1 qola imza atıb.