"Yuventus"un futbolçusu Məhəmməd İhattaren karyerasını "Ayaks"da davam etdirəcək .

Rekord.az xəbər verir ki, Turin təmsilçisi 19 yaşlı yarımmüdafiəçini niderlandlılara icarəyə verib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu ilin sonunadək "Ayaks"da oynayacaq. 

Qeyd edək ki, Məhəmməd ötən il "Yuventus"a PSV-dən keçib.