"Yuventus"un futbolçusu Duşan Vlaxoviç İngiltərənin iki güclü klubunun hədəfindədir.

Rekord.az xəbər verir ki, söhbət "Mançester Yunayted" və "Arsenal"dan gedir.

Eyni zamanda Madrid "Atletiko"sunun da Vlaxoviçi istədiyi deyilir. "Yuventus" isə bu futbolçuya 80 milyon avro qiymət verib.