
"Yuventus" 3 xalı 3 qolla qazandı
- 27 Fev 2022 03:08
- 479
"Yuventus" İtaliya A seriyasında 27-ci tur oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Turin klubu "Empoli"nin qonağı olub və 3:2 hesabı ilə qalib gəlib.
"Empoli" - "Yuventus" - 2:3
Qollar: Kin, 32 (0:1), Zurkovski, 39 (1:1), Vlahoviç, 45+2 (1:2), 66 (1:3), Mantia, 76 (2:3)
Bu qələbə ilə xalını 50-yə çatdıran "Yuventus" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb."Empoli" 31 xalla 13-cüdür. Siyahıya 57 xalla "Milan" başçılıq edir.