
Yurgen Kloppdan “Liverpul”da yeni rekord
- 14 Fev 2023 10:45
- 378
İngiltərənin "Liverpul" komandasının baş məşqçisi Yurgen Klopp yeni rekorda imza atıb.
Rekord.az xəbər verir ki, 56 yaşlı mütəxəssis buna Premyer Liqanın 23-cü turunda "Everton"u 2:0 hesabı ilə məğlub etməklə nail olub.
Almaniyalı baş məşqçi Mersisayd təmsilçisində 250-ci qələbəsini qazanıb. Bunu 414-cü oyunda bacaran Klopp klub tarixinə düşüb.
Daha əvvəl "Liverpul"a rəhbərlik etmiş mütəxəssislərdən Bob Peysli 250-ci qələbəsini 448-ci, Bill Şenkli 472-ci, Tom Uotson isə 539-cü qarşılaşmada əldə edib.