“Turan Tovuz”u yeni mövsümdən çalışdıracaq baş məşqçisinin adına aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, komandanı Yunis Hüseynov çalışdıracaq.

Bu məlumatı "Futbol plus"a açıqlamasında 57 yaşlı mütəxəssisin özü təsdiqləyib. O, yeni vəzifədə Əfqan Talıbovu əvəzləyəcək.

Maraqlıdır ki, Tovuz təmsilçisinin idman direktoru Nadir Nəbiyev sportinfo.az-a açıqlamasında bu məlumatı təkzib edib: "Şəxsən mənim Yunis müəllimlə heş bir görüşüm olmayıb. Onun klubumuzdan kiminlə görüşüb danışmasından xəbərsizəm. İnanmıram ki, mənim fikrimi soruşmadan kiminləsə müqavilə imzalanmasın. Yunis müəllimin niyə belə açıqlama verməsi özümə də qəribə gəldi. Baş məşqçi məsələsinə yaxın 2-3 gün içində aydınlıq gəlməlidir".