Yunis Hüseynovun “Keşlə”dən gedişinin bəzi pərədarxası məqamları üzə çıxmaqdadır.

Rekord.az-a daxil olan məlumata görə, Hüseynov məcburiyyətdən istefa verib.

Onun gedişinin səbəbi həqiqətən də uğursuz nəticələr deyil. Bizə ötürülən məlumata görə, Hüseynov “Keşlə”dən Ceyhun Sultanova görə gedib. Komandaya yeni idman direktoru gələn Sultanov heyətə fəal müdaxilələr etməyə başlayıb. Məhz bunun üstündə Hüseynovla aralarında mübahisələr və narazılıqlar da yaranıb. Məsələdə yekun nöqtəni klub bossu Zaur Axundov qoyub. Belə ki, o, Ceyhunun müdaxiləsini normal sayaraq Hüseynova mehriban şəraitdə, ortaq şəkildə işləməyi məsləhət görüb. İşinə müdaxiləni qəbul etməyən Hüseynov isə istefa ərizəsini yazaraq klubdan getməyə qərar verib.