photo

Yunan-Roma güləşçilərimiz İsraildə toplanışa başlayıb

  • 2019-11-25 19:42
  • 160

Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığmamızın üzvləri bu gündən İsraildə təlim-məşq toplanışına başlayıb.

Rekord.az xəbər verir ki, böyük məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 5 pəhləvanımız dekabrın 5-dək yerli komanda ilə birgə paytaxt Təl-Əvivdə hazırlıq prosesi keçəcək. Qarşı tərəfin dəvəti ilə gerçəkləşən təlim-məşq toplanışında yeniyetmələr arasında dünya çempionu Nihat Məmmədli (55 kq), gənclər arasında Avropa ikincisi və dünya üçüncüsü Əsgər Əlizadə (60 kq), eləcə də Adəm Hacızadə (67 kq), Rauf Əliyev (72 kq) və Murad Əhmədiyev (82 kq) iştirak edəcək.

Son xəbərlər