Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın 13-cü turu çərçivəsində iki görüş keçirilib.

AVF-nin idman zalında ilk olaraq "AZERRAIL" və "Milli Aviasiya Akademiyası" komandaları üz-üzə gəliblər. Oyun "Milli Aviasiya Akademiyası"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər matçında "DH Volley" çempionatın lideri "Turan"ı qəbul edib. Gərginliyi ilə yadda qalan qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbəni bayram ediblər.


Yüksək Liqa

12 fevral

XIII tur

   “AZERRAIL” — “Milli Aviasiya Akademiyası” 1:3 (16:25, 24:26, 31:29, 20:25) 

   “DH Volley” — “Turan” 3:2 (25:23, 23:25, 25:10, 19:25, 15:13)