Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki,18-ci tur çərçivəsində bir oyun Tovuzda, ikisi isə paytaxtda təşkil olunub.
İlk olaraq Tovuzda "Turan" klubu "Murov Az Terminal"ı qəbul edib. Qonaqların rəqabətinə baxmayaraq, meydan sahibləri 3:1 hesabı ilə qələbə qazanıblar.
AVF-nin idman zalında təşkil olunan görüşlərdə isə "AZERRAIL" klubu "Gənclər"i 3:0, "DH Volley" isə "Milli Aviasiya Akademiyası"nı 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun son oyunu sabah Gəncədə baş tutacaq. İlkin mərhələnin də son matçı olan bu görüşdə yerli "Gəncə" klubu "Abşeronu" qonaq edəcək. Bu qarşılaşmadan sonra pley-off cütləri dəqiqləşəcək.


Yüksək Liqa
XVIII tur

   “Turan” - “Murov Az Terminal” 3:1 (25:13, 25:20, 21:25, 25:19)
   “Gənclər” - “AZERRAIL” 0:3 (15:25, 11:25, 13:25)

   “DH Volley” - “Milli Aviasiya Akademiyası” 3:1 (25:18, 22:25, 25:23, 25:18)