Bu gün qadın voleybolçuların Yüksək Liqasında III turun növbəti oyunu keçirilib. "Rekord.az" xəbər verir ki, AVF-nin idman zalında təşkil olunan görüşdə “DH Volley” və “Murov Az Terminal” komandaları qarşılaşıblar.

Matçın qalibi üç setdə müəyyənləşib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “DH Volley” Yüksək Liqada növbəti qələbəsini qazanıb.

Qeyd edək ki, turun digər oyunu sabah Gəncə şəhərində “Gəncə” və “Turan” komandaları arasında keçiriləcək.


Yüksək Liqa

III tur

20 noyabr

   “DH Volley” – “Murov Az Terminal” 3:0 (25:15, 25:17, 25:22)