Yüksək Liqada ilk yarımfinal oyunları keçirilib
- 21:30
- 40
Kişi voleybolçuların Yüksək Liqasında yarımfinal oyunlarına start verilib. "Rekord.az" xəbər verir ki, bu gün FHN-in idman zalında keçirilən yarımfinal qarşılaşmalarında “Murov Az Terminal” komandası “Xilasedici” ilə, “ORDU” isə “Neftçi” ilə üz-üzə gəlib.
Hər iki görüşdə qalib 3 setdə müəyyən olunub. “Xilasedici” və “ORDU” rəqiblərini 3:0 hesabı ilə məğlub ediblər. Komandaların cavab görüşləri aprelin 14-də keçiriləcək.
Qeyd edək ki, reqlamentə əsasən yarımfinal mərhələsinin oyunları ev və səfər prinsipi ilə iki qarşılaşmadan ibarət olacaq. İki oyunun nəticəsinə görə qələbə sayı bərabər olarsa, finala çıxacaq komandanın adı qızıl setdə müəyyənləşəcək.
Yüksək Liqa
Yarımfinal (1-ci oyunlar)
“Murov Az Terminal” – “Xilasedici” 0:3 (20:25, 18:25, 18:25)
“ORDU” – “Neftçi” 3:0 (25:12, 25:14, 25:16)