Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki,  Yüksək Liqanın VI turu çərçivəsində “AZERRAIL” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.

FHN-nin idman zalında keçirilən qarşılaşmanın qalibi tay-brekdə müəyyənləşib. “AZERRAIL” rəqibini 3:2 hesabı ilə məğlub edib.


Yüksək Liqa (kişilər) 

10 dekabr 

VI tur 

   “AZERRAIL” - “Murov Az Terminal” 3:2 (25:21, 25:22, 16:25, 24:26, 16:14)