
Yongdan "Mançester Yunayted" açıqlaması
- 13 İyn 2022 20:43
- 468
Bu yay “Barselona”nı “Mançester Yunayted”ə dəyişəcəyi gözlənilən Frenki de Yonq gələcəyi ilə bağlı sualı cavablandırıb.
Rekord.az xəbər verir ki, UEFA Millətlər Liqasında Polşa ilə oyundan (2:2) sonra niderlandlı futbolçudan Kataloniya çimərliklərini tərk edərək, soyuq Mançesterə gedib-getməyəcəyi soruşulub.
De Yonq bu suala gülərək, qısa cavab verib: “Mən heç nə deyə bilmərəm (gülür)”.
Daha əvvəl “Mançester Yunayted”in Frenki de Yonq üçün “Barselona”ya 60+20 milyon avro təklif etdiyi barədə məlumat yayılmışdı.