Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" səfərdə "UTE" ilə üz-üzə gəlib.

Rəqib meydanında baş tutan görüş voleybolçumuzun komandası üçün yaxşı başlayıb və "Vasas" ilk setdən qalib ayrılıb. Lakin  Ayşən və rəfiqələri təşəbbüsü sonadək qoruya bilməyiblər və 1:3 (25:19, 22:25, 8:25, 17:25) hesabı ilə məğlub olublar.

Komandasının xalsız qaldığı qarşılaşmada yığmamızın üzvü 6 dəfə fərqlənib. Abduləzimova bu xallardan 4-nü hücumda, 2-ni blokda qazanıb.