Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" 6-cı turda "UTE" ilə üz-üzə gəliblər.

Səfərdə baş tutan görüş voleybolçumuzun komandası üçün uğurlu alınıb. 4 hissə davam edən matçda Ayşən və rəfiqələri 3:1 (25:15, 22:25, 25:21, 25:12) hesabı ilə qələbə qazanıblar.

"Vasas"ın 3 xal qazandığı oyunda yığmamızın üzvü 16 dəfə fərqlənib. Bu göstərici ilə təcrübəli blokçumuz komandasının ən məhsuldar oyunçusu olub. Abduləzimova bu xallardan 9-nu hücumda, 4-nü eyslə, 3-nü isə blokda qazanıb.