
Yığmamızın qrupunda lider uduzsa da, mövqeyini qorudu
- 30 Mar 2022 11:21
- 477
21 yaşadək futbolçular arasında AÇ-2023-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib. Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı A qrupunda da iki görüş baş tutub.
Qrup lideri Xorvatiya doğma meydanda Finlandiya ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu matçda xorvatlar gözlənilməz məğlubiyyətə üzülüblər - 2:3.
Avstriya yığması isə Norveçlə qarşılaşıb. Üç qolun qeydə alındığı bu görüşdə isə meydan sahibləri qələbə qazanıblar – 2:1.
Bu nəticələrdən sonra A qrupundakı xal durumu belədir:
Xorvatiya – 19, Avstriya – 16, Norveç – 15, Finlandiya – 13, Azərbaycan – 4, Estoniya – 0.