19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların yeri açıqlanıb.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, oyunlar Lüksemburqda keçiriləcək.

Azərbaycan millisi İspaniya, Belçika və Lüksemburq yığmaları ilə birgə 8-ci qrupda mübarizə aparacaq. Qrup mərhələsinin oyunları gələn ilin 8-17 noyabr tarixlərində keçiriləcək.