Yığmamızın kapitanı bəlli oldu
- 11:37
- 38
Voleybolçu kişilərdən ibarət Azərbaycan millisinin kapitanı bəlli olub. "Rekord.az" xəbər verir ki, komandamızda bu vəzifə hücumçumuz Vüqar Bayramova həvalə olunub. Komandamız əvvəlki illərdə olduğu bu dəfə də Avropa Liqasında təcrübəli oyunçumuzun kapitanlığı ilə meydana çıxacaq.Qeyd
edək ki, Azərbaycan millisi Avropa Liqasındakı ilk oyunlarını 5-7 iyun
tarixlərində İsveçdə keçirəcək. Komandamız turnir çərçivəsində İsveç və
Yunanıstan yığmaları ilə qarşılaşacaq.